İranda 25 məscid yandırılıb, 26 bank talan edilib

Baxış sayı:
790

İran paytaxtında baş verən kütləvi iğtişaşlar şəhər infrastrukturunun əhəmiyyətli dərəcədə dağılmasına səbəb olub.

Bunu Tehran meri Əlirza Zəkani bildirib.

"Bir xəstəxana zərər görüb, iki tibb mərkəzi və 26 bank talan edilib, 25 məscid yandırılıb, hüquq-mühafizə orqanlarının postlarına və Bəsic qərargahına hücum edilib", - o, İranın dövlət televiziyasında bildirib.

Zəkani əlavə edib ki, paytaxtın təcili yardım xidmətləri dağıntıların nəticələrini aradan qaldırır.

Onun sözlərinə görə, etirazçılar 10 dövlət qurumuna, 48 yanğınsöndürmə maşınına, 42 avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər vurublar.