İrana qarşı sanksiya qüvvəyə mindi: Qadağalarda hansı sahələr yer alır?

Baxış sayı:
4000

ABŞ, İrana tətbiq etdiyi sanksiyalarının ikinci hissəsini tətbiq etməyə başladı. Sanksiya, enerji, maliyyə və gəmi nəqliyyatını əhatə edir.
 
ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, 5 noyabrda başlayacaq sanksiyalar 6 maddədən ibarətdir.
Maddələrin başında İranın liman operatorları, yük və gəmiqayırma sektoru durur. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik xətləri, Cənubi Gəmiçilik xətti və əlaqədar təşkilatlar kimi şirkətləri əhatə edir.
ABŞ sanksiyasının ikinci maddəsi neftlə bağlı əməliyyatlardır. İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla, sanksiyalar İrandan neft, neft məhsulları və ya neft-kimya məhsullarının alınmasına beynəlxalq məhdudiyyət qoyur.
 
Maliyyə sektoru hədəfdədir
 
Sanksiyaların digər bir hədəfi xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və müəyyən İran maliyyə qurumları ilə əməliyyatlarıdır ki, burada da 4-cü maddə İran Mərkəzi Bankına və bəzi İran maliyyə institutlarına maliyyə mesajlarının göndərilməsinin qarşısını alır.
İrana qarşı sanksiyaların 5 və 6-cı maddələrində isə vasitəçilik və sığorta şirkətləri ilə İran enerji sektoruna məhdudiyyətlər qoyur.
Digər tərəfdən, ABŞ-ın maliyyə nazirliyi Steven Mnuchin, dünən etdiyi açıqlamada, sanksiya çərçivəsində 700-dən çox İranlı şəxs və təşkilatların da qara siyahıya əlavə olunacağını söyləyib.
Müxalifət.az