İran təhdid etdi, İsrail “QIRMIZI HƏYƏCANA” KEÇDİ

Baxış sayı:
3262

İranın Suriyanın Xüms şəhərində T-4 hava bazasına təşkil olunan hücumdan məsul tutduğu Təl-Əviv rəhbərliyinə qarşı "Bu hücum cavabsız qalmayacaq" açıqlamasından sonra, İsrail hərbi tədbirləri artırıb. Ölkənin “qırmızı həyəcan” vəziyyətinə keçdiyi bildirilir.
 
“Haaretz” qəzetindəki xəbərə görə, xarici bir agentliyə danışan və adı açıqlanmayan İranlı məsul şəxsin “İsrailin hücumuna qarşılıq veriləcək” açıqlamasından sonra şimal sərhədindəki İsrail qoşunları həyəcan siqnalı səviyyəsinə keçirilib.
 
İNTİQAM HÜCUMU HƏYATA KEÇİRİLƏ BİLƏR
 
İsrail tərəfindən sözügedən təhdidin ciddiyə alındığını bildirən xəbərdə, İranın və Hizbullahın intiqam məqsədli hücum təşkil edəcəyi bildirilib. İsrail ordusunun mətbuat ofisi isə Agentlik müxbirinin şimal sərhədindəki hərbi tədbirlərə dair suallarını şərh etməyəcəklərini deyib.
 
İSRAİL TƏCAVÜZÜ RƏDD ETMİŞDİ
 
Qeyd edək ki, Xüms şəhərindəki T-4 hava bazasına qarşı ötən bazar ertəsi 2 döyüş təyyarəsi ilə həyata keçirilən bombardmanda 2-si əsgər, 5-i milis olmaqla, toplam 7 İranlı öldü. Rusiya və Əsəd rejimi hücumun İsrail tərəfindən təşkil olunduğunu açıqlasa da, İsrail bunu rədd etdi.
İsrailin müdafiə naziri Aviqdor Liberman, dünən işğal altındakı Qolan Təpələrində yerləşən hərbi hissələrə etdiyi səfərdə, "Suriyadakı hücumu kim həyata keçirib, bilmirəm, amma nə olursa, olsun, İranın Suriyadakı fəaliyətinə imkan verməyəcəyik" demişdi.
Müxalifət.az