İran mediasından Azərbaycana qarşı növbəti təxribat – MOLA REJİMİ YENİDƏN ERMƏNİ SEVGİSİNİ ORTAYA QOYDU…

Baxış sayı:
2863

İran mediası "Azərbaycanın Ermənistana hücum etdiyini" yazır.

Qafqaz.media xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurma İran mətbuatında yanlış və qərəzli şəkildə təqdim edilir. Ermənistanın təxribatçı hücumlarını görməzdən gələn İran mediası Azərbaycan tərəfinin “günahkar” olduğunu yazır.

İranın İSNA xəbər agentliyi iddia edir ki, guya, Azərbaycanın Ermənistana hücum etdib. Xəbərdə Ermənistanın Azərbaycana qarşı təxribatı barədə dəqiq məlumat verməyib.

Gecə saatlarında Ermənistan Nazirlər Kabinetinin toplantısının keçirildiyi barədə geniş məlumat verən media qurumu iclasda “Azərbaycanın Ermənistana qarşı gecə yarısı başlayan təcavüzkar addımı" ilə bağlı müzakirələr aparıldığını bildirib.

İSNA Ermənistan baş naziri ofisinin "Azərbaycan silahlı qüvvələrinin müstəqil Ermənistan ərazisinə qarşı gecə yarısı hücuma başladığı" iddiasını yaydığı halda, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyinə yer verməyi lazım bilməyib.

Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası