İran-İsrail gərginliyi artır: BU BİR TƏHDİDDİR

Baxış sayı:
3649

İranIN Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi İsrailin baş naziri Binyamin Netanyahunun İrana hücum edəcəkləri istiqamətində verdiyi açıqlamaya sərt təpki göstərib.
 
Kasımi, "Bu şəxsin şüurlu və ya şüursuz bir şəkildə böyük bir ölkəni hərbi müdaxilə etməklə ilə təhdid etdiyi anlamına gəlir", - deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi İsrailin baş naziri Binyamin Netanyahunun "İsrailin varlığı təhlükəyə düşərsə, İrana hücum edərik" şəklindəki açıqlamasına təpki göstərib. Kasımi etdiyi açıqlamasında, "İşğalçı Sionist İsrail rejimi, kin, nifrətlə dolu olan bu rejim, heç vaxt belə bir hərbi müdaxiləyə cəsarət edə bilməz. Ancaq Netanyahunun utanmadan dilə gətirdiyi bu ifadələr bu şəxsin şüurlu və ya şüursuz bir şəkildə böyük bir ölkəni hərbi müdaxilə etməklə təhdid etdiyi anlamına gəlir. Bu məsələni qəti şəkildə beynəlxalq hüquq təşkilatlarından təqib edəcəyik" deyə bildirib.
Müxalifət.az