İran İraqdakı Kürd rəhbərliyini hədələdi: TƏSLİM EDİN, YOXSA VURARIQ

Baxış sayı:
5050

İranın baş qərargah rəisi Məhəmməd Baqiri, Ərbil rəhbərliyinə İraq Kürd Regional Tərkibində olan (IKBY) İraq Kürdüstan Demokrat Partiyası (İKDP) üzvlərini təslim etməsi çağırışı edib.
 
Baqiri, "IKBY, İran əleyhinə olan qüvvələri öz ərazisində yerləşməyə imkan verməməlidir. Sözügedən şəxslər təqsirkardır. Onlardan geriyə qalanlarını ya bizə verməlidirlər və ya ölkələrindən çıxarmalıdırlar" deyib.
 
VURMA TƏHDİDİ
 
Baqiri, İranın təhlükəsizliyini təhlükəyə salacaq cəhdlərin davam etdiyi təqdirdə İKDP komandirlərinin başına gələnin təkrarlanacağını bildirib.
Qeyd edək ki, İran qüvvələrinin Ərbildə fəaliyyət göstərən İKDP-yə aid şəhərciyə şənbə günü təşkil etdiyi hava hücumunda, aralarında üst səviyyə şəxslərin də olduğu 16 İKDP-li ölmüş, təxminən 40 nəfər yaralanmışdı.
Müxalifət.az