İran ABŞ sanksiyalarına raketlərlə cavab verdi

Baxış sayı:
5296

ABŞ sanksiyalarının dövrəyə girdiyi gün, İran ölkənin şimalında geniş hərbi təlimlərə başlayıb.
 
İran Dövlət Televiziyası, təlimdən hava müdafiə sistemləri və zenit batareyalarının görüntülərini yayıb.
İran, təlimdə ard-arda raketlər atıb. İran ordusu, yeni nəsil Sayyad 2 raketlərini sınaqdan keçirib. İranın bu hərəkəti ABŞ sanksiyalarına cavab və güc nümayişi kimi şərh olunub.
Raketlərin buraxıldığını nümayiş etdirən fotolar, İranın məlum olmayan bir nöqtəsində çəkilib.
İranla üç il əvvəl imzalanan nüvə sazişini ləğv edən ABŞ lideri Donald Tramp, qaldırılan sanksiyaları yenidən tətbiq edib.
Sanksiyalar İran iqtisadiyyatının qəlbi mövqeyində olan neft ixracatı, dəniz nəqliyyatı və bankçılıq sektorlarını hədəfə alır.
Sanksiya siyahısında 50 İran bankı ilə 700-dən çox İranlı var. İran Hava Yolları və 65-dən artıq təyyarə də sanksiya siyahısına girib.
Sanksiyalar İran ilə ticarət edən səkkiz ölkəyə sərbəstlik tanıyır. Bu ölkələrdən biri Türkiyədir. Digər yeddi ölkə isə Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır.
Qeyd edək ki, sanksiyaların ilk mərhələsi 7 avqustda fəaliyyətə başlamışdı.

Müxalifət.az