​İran ABŞ-a elə zərbə vura bilər ki... - Rus politoloq

Baxış sayı:
6823

ABŞ-ın İranla bağlı əsas hədəfi buradakı rejimi dəyişdirməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Viktor Nayedin-Rayevski deyib.
“Sanksiyalar olduğundan daha sərtdir. ABŞ-ın bəyanatlarının əksinə olaraq, sanksiyalar məhz İran xalqını hədəf alır. Qida məhsullarının, istehlak mallarının qiyməti artır. Əhmədinejad dönəmində ABŞ-ın qida embarqosundan sonra baş verən etirazlar yenidən baş qaldıra bilər”, - ekspert bildirib.
O əlavə edib ki, İran Hörmüz boğazını bağlayaraq, ABŞ-ın iqtisadiyatına sarsıcıdı zərbə vura bilər:
“İran ABŞ-ın neft ixracına və ticarətinə ciddi zərbə vura bilər və bu, ümumən dünya arenasında ciddi təsirə malik ola bilər”.