İnterpolun rəhbəri yoxa çıxdı

Baxış sayı:
11134

İnterpolun rəhbəri Men Hunvey yoxa çıxıb. Fransanın Lion şəhər polisi artıq onun axtarışlarına başlayıb.
Sentyabrın 29-da Çinə səfər edən təşkilat rəhbəri artıq 1 həftədir ki, telefonlarla cavab vermir. Onun itkin düşməsi barədə polisə şikayəti Lionda yaşayan həyat yoldaşı edib.
Xatırladaq ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilmişdi. O buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.