​İngiltərə səfirindən ETİRAF: “Hamımız bilirdik, lakin qarşısını almadıq”

Muxalifət.az İngiltərənin Ankaradakı səfiri Riçard Mur Rakkanı yüzlərlə terrorçunun rahatca tərk etməsinə şərait yaradan, İŞİD ilə YPG arasındakı cinayətkar razılaşmadan beynəlxalq koalisiyanın xəbərdar olduğunu deyib: “Qərar ərazidəki qruplar tərəfindən verilib, koalisiyanın xəbəri var idi, lakin bunun qarşısını ala bilmədi”. Xatırladaq ki, bu razılaşma PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin icazə və imkan verməsi sayəsində həyata keçirilib. Qalmaqallı həqiqət BBC tərəfindən Rakkadan çəkilən təsvirlər vasitəsi ilə, təqribən iki ay sonra meydana çıxmışdı.
Riçard Mur verdiyi açıqlamada, NATO təlimi zamanı baş verənləri isə “çox utandırıcı hadisə” adlandırıb.