İndoneziyada qatar qəzası: onlarla yaralı var

Baxış sayı:
2113

İndoneziyanın Yava əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
İnsidentin Boqor bələdiyyəsinin ərazisində, yerli vaxtla 10:30 radələrində baş verdiyi deyilib.
“Bəzi şahidlər qəzanın elektrik xətlərini əlaqələndirən dirəyin aşması səbəbindən baş verdiyini bildirir. Hazırda olayla bağlı istintaq aparılır”, - deyə bildirilib.
Qeyd edək ki, qatar Cakartadan məşhur turistik bölgə sayılan Boqora gedirmiş.