​İndoneziya Putinə təhlükəsizlik zəmanəti verdiyini açıqladı

Baxış sayı:
4203

“İndoneziya 2022-ci il noyabrın 15-16-da Bali adasında keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır”.
Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib.
Onun sözlərinə görə, İndoneziya dəfələrlə beynəlxalq forumlara ev sahibliyi edib və bu sahədə geniş təcrübəyə malikdir.
Tavares qeyd edib ki, İndoneziya iclasın bütün iştirakçılarının, ilk növbədə sammitə gələcək dövlət başçılarının, xüsusilə Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyinə zəmanət verir.