İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edildi - YENİLƏNİB

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.
İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.
***
İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.
***12:00
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.
Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Daha sonra məsələ ətrafında deputatlar çıxış edəcəklər. Müzakirələrdən sonra sənədin parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunması gözlənilir.
İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.
Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib./report