İmişlidə yol qəzası - ÖLƏN VAR

Baxış sayı:
3925

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi 99-TN-931 dövlət-nömrə nişanlı "Renault-Megane" markalı minik avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Sürücünün meyiti deformasiya olmuş avtomobildən çıxarılıb.

Fakt araşdırılır.