​İki türk dövlətindən 17 il sonra ilk addım

Baxış sayı:
4883

Qazaxıstan və Özbəkistan 17 illik aradan sonra avtobus xidmətini bərpa ediblər.
Muxalifət.az xəbər verir ki, Qazaxıstanın Şimalkənd və Özbəkistanın paytaxtı Daşkənd arasında gündəlik avtobus marşrutunun açılışı cümə günü reallaşıb. Ümumi səfər müddəti 4 saat təşkil edəcək. 2018-ci ildə müntəzəm avtobus xidmətlərinin iki ölkənin digər böyük şəhərləri arasında tədricən açılacağı da bildirilib.
Qeyd edək ki, Qazaxıstanla Özbəkistan arasında 17 il ərzində sərnişin avtobusu daşınması olmayıb.