​III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib.
“Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.
Qeyd edək ki, ABŞ oktyabrın 30-dan “Global Thunder” (“Qlobal ildırım”) strateji nüvə güclərinin təlimlərinə başlayıb. Təlimlərdə qlobal zərbə vasitələri və raket əleyhinə müdafiə sistemlərinin hərəkətləri yerinə yetirilir. Təlimlər çərçivəsində “B-2” strateji bombardmançıları Sakit okean komandanlığının məsuliyyət zonasında uçuşlar həyata keçirib./publika.az/