İcra başçısı görüş videolarını montaj etdirib, PREZİDENT ADMİNİSTRASİYASINA GÖNDƏRİR – Şok iddia

Və yaxud Aqil Nəzərli Laçına başçı getməyə 2,5 milyon verib?

Baxış sayı:
15082

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 11-17 sentyabr 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İcra başçısı baxça müdirəsini təhqir edib işdən qovdu”, “Vaqif Abdullayev görüş videolarını niyə montaj edib PA-ya göndərir?”, “Başçı işçisinin qızını söydü, əri gəldi, dava düşdü – Beyləqanda”, “İcra başçısının adı şok korrupsiya qalmaqalında hallanır – VAQİF ABDULLAYEV DƏ “GEDİR”?” başlıqlı 4 məqalənin 6 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakmiyyətinin başçısı Vaqif Abdullayev tutur.
 
Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra Hakimiyyəti başçıları arasında 2-ci yeri “Qaxın icra başçısından prezidentə şikayət olundu... - Fermerlər dad deyir…” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Aqil Nəzərlinin Elşad Abdullayev yolu: Laçına başçı getməyə 2,5 milyon verib? - ittiham/Video” başlıqlı 1 məqalənin 2 elektron KİV-də yayılması ilə Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli tutur.
 
Muxalifet.az