HƏSƏN HƏSƏNOVA TİFLİSİN “FƏXRİ VƏTƏNDAŞI” ADI VERİLDİ - Kaxa Kaladze 20 nəfəri mükafatlandırdı

Baxış sayı:
1879

Gürcüstan paytaxtını meri Kaxa Kaladze Tiflisin “fəxri vətəndaşları”nı mükafatlandırıb. Qafqaz.media xəbər verir ki, təntənəli tədbir Dövlət Mərasimlər Sarayında baş tutub.
Bu il müxtəlif sahələrdə çalışan 20 nəfər Tiflisin “fəxri vətəndaşı” olub ki, onlar arasında Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov da var:
Şalva Amonaşvili (alim, müəllim, psixoloq);
Tengiz Arçvadze (aktyor);
Tariel Çanturiya (tərcüməçi, şair);
Cemal Qaqanidze (aktyor);
Merab Kokoçaşvili (rejissor, müəllim);
Mindia Uqrexelidze (vəkil);
Vaxtanq Cavaxadze (şair, yazıçı, tərcüməçi);
Cemal Sepiaşvili (bəstəkar);
Badri Vadaçkoriya (jurnalist, fotoqraf);
Quram Bekaya (fizioloq, alim);
İlya Xerodinaşvili (mühəndis, alim);
Laura İaşvili (musiqiçi, pianoçu);
Revaz Asatiani (inşaat mühəndisi);
Vaxtanq Davitaya (memar, müəllim);
Maya Qotua (allerqoloq, immunoloq);
Van Bayburt (siyasətçi, jurnalist);
Həsən Həsənov (azərbaycan diplomatı);
Elisabeth Sombart (Fransız pianoçusu);
Eldar Şengelaya (rejissor)
Demna Qvasalia (dizayner).
Muxalifet.az