Hollivud aktyoru Qaşıqçının nişanlısına nə deyib?

Baxış sayı:
4732

Səudiyyə Ərəbistanının müxalif jurnalist Camal Qaşıqçının qətli dünya ictimaiyyətinin qatqısıyla böyük bir təpki ilə qarşılandı. Qaşıqçı hadisəsinin unudulmasını istəməyən dünya tərəfindən məşhur Hollywood oyunçusu Sean Penn, İstanbula gəldi, səlahiyyətlilərdən məlumat aldı, Ankaraya getdi, AK Partiya binasına ziyarət reallaşdırdı. Qaşıqçının nişanlısı Xədicə Cengiz ilə də görüşən Pennin ziyarətinin detallarını “HaberTürk” yazarı Nihal Bengisu Karaca bu günkü köşəsinə daşıdı.
 
Məşhur aktyoru hərəkətə keçirən bu dəhşətli qətl hadisəsinin ötr-basdır edilmə cəhdləri ilə bağlıdır
"Məşhur aktyor Penn ölkəsinin Səudiyyə Ərəbistanı ilə olan iqtisadi əlaqələrinə görə bu dəhşətli-vəhşi cinayəti ört-basdır edə biləcəyinə dair əldə etdiyi təəssürat qarşısında üsyan edir və buna mane ola bilmək üçün əlindən gələni etməyə çalışır. Bu dəhşətli hadisə ilə bağlı bir sənədli film çəkmək üçün Türkiyənin yolunu tutur. Hadisənin baş verdiyi məhəlləni, hadisədə olan şahidləri və hadisənin duyurulmasında iştirak edənləri dinləməyə qərar verir.”
Sean Penn Qaşıqçının nişanlısı Xədicə Cengiz ilə ayrı bir görüş keçirib. Çəkəcəyi film hər şeydən əvvəl insani bir dramı özündə ehtiva edir və Çingizin Qaşıqçı ilə olan nişanlılıq müddəti, konsulluğa birlikdə getmələri və gənc qadının getdikcə qorxunc bir hal alan hadisənin inkişafının hər mərhələsində yaşadıqları, filmin yaratmaq istədiyi həssaslıq kontekstində əhəmiyyət ifadə edir.
Sean Penn-in Xədicə Cengizlə etdiyi söhbətdə bu ifadəsi sənətçinin səmimiyyətini və niyyətlərini göstərir. Belə bir sənədli filmin nəyə görə çəkildiyini izah edərkən Penn deyir:
"Mənim iki övladım var və onların belə bir dünyada yaşamalarını istəmirəm. Bütün dünyanın gözləri qarşısında yaşanan bir cinayət qarşısında ABŞ prezidentinin səssiz qaldığı, Putinin cinayətkarla əllərini bir birinə vurduğu bir dünyadır bu dünya. Amma əslində hər kəs qatili bilir və bu utancvericidir. Bu hadisənin unudulmasını istəmirəm. Mən hadisənin ört-bas edilməsini istəmirəm.”
Məşhur aktyor və rejissorun çəkəcəyi sənədli filmin gəlirinin Qaşıqçı adına qurulacaq və eynilə Qaşıqçı kimi, fikirləri, duruşları səbəbiylə bədəl ödəyən jurnalistləri dəstəkləyəcək bir fonda bağışlanacağı bildirilir.
Müxalifət.az