Həmkəndlisi ilə mübahisə etdi, ov tüfəngindən havaya atəş açdı... - POLİS MÜDAXİLƏ ETDİ
1-06-2023 11:51
Baxış sayı:
43657
Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.
Muxalifet.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib, xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.
Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.
Faktla bağlı araşdırma aparılır.