Əhmədinecatdan Trampa gözlənilməz təklif

Baxış sayı:
3649

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat, Twitter hesabından apardığı bölgüdə, "Cənab Tramp, İran hökumət rəsmilərinin yaxınlarından “Yaşıl Kart” sahibi olanların adları və ABŞ-dakı bank hesablarının siyahısını açıqlayın" deyə, qeyd edib.
 
Qeyd edək ki, Əhmedinecat daha əvvəl də Ayətullah Sadıq Laricaninin rəhbərlik etdiyi Məhkəmə Hakimiyyəti rəsmilərinin korrupsiyaya qurşandıqları ilə ittiham etmiş və bundan sonra İran mediasında hökumət rəsmilərinə yaxın bəzi adamların ölkə xaricinə valyuta qaçırdığı iddiaları gündəmə gəlmişdi.
Son illərdə İran hökumətini hədəf alan açıqlamalar verən Əhmədinecatın iki müavini Həmid Bakayi ilə İsfəndiyar Rəhim Meşai korrupsiya ittihamı ilə hələ də məhbusdurlar.
Müxalifət.az