Əhməd Davudoğlu AKP-dən rəsmən getdi - AÇIQLAMA
13-09-2019 13:17
Baxış sayı:
14504
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bu dəqiqələrdə hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) istefa verdiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Davudoğlu bu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
Xatırladaq ki, partiya rəhbərliyi Davudoğlunun AK Partiyadan qəti şəkildə çıxarılması üçün Mərkəzi İntizam Komissiyasına müraciət etmişdi.