“Həbsdə olan İŞİD üzvləri nəzarətimizdədir” – Türkiyə XİN

Baxış sayı:
324

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla danışıqlara uyğun olaraq ”Barış bulağı” hərəkatı çərçivəsində terrorçulardan təmizlənmiş sahələrdəki saxlama mərkəzlərində tutulan İŞİD ünsürləri və onların düşərgələrdə olan ailələri nəzarətimizdədir”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy həbs olunan İŞİD-çi və onların ailələrinin taleyi ilə bağlı suala cavablandırarkən bu barədə bildirib.

XİN sözçüsü deyib ki, hazırkı mərhələdə İŞİD üzvlərinin vətəndaşı olduqları ölkələr və beynəlxalq təşkilatlarla birlikdə İŞİD-çi, eləcə də cinayətkarlıqla əlaqəsi olmayan həyat yoldaşları və övladlarının təhlükəsizliyi təmin ediləcək: “Digər tərəfdən, Suriyada saxlanan xarici terrorçu döyüşçülərin və onların ailələrinin mənsub olduqları ölkəyə geri qaytarılması, mühakimə olunması və reabilitasiyası məsələlərinin olduğu bilinməlidir. Türkiyə beynəlxalq cəmiyyətin bu istiqamətdə etdiyi cəhdlərə hər cür dəstək verməyə hazırdır“.