Hacıbala Abutalıbov öz “rekord”unu təzələdi – ÖTƏN HƏFTƏ 20 SAYT BAKI MERİNDƏN YAZDI

Kənd Təsərrüfatı naziri Heydər Əsədovla AFFA-nın baş katibi Elxan Məmmədov ikinci yeri bölüşdürür 

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 13-19 noyabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Bakı şəhərinin meri Hacıbala Abutalıbov olmuşdur. Onun barəsində “Bakı merinə ittiham: “Torpağıma Hacıbala Abutalıbovun gözü düşüb””, “Şeytana uzun ömür və can sağlığı arzulayıram”, “Abutalıbov üçün istefa hazırlığı: özü yox, səlahiyyətləri iflic olub”“Hacıbala Abutalıbovun kitabı bağlandı, 73 yaşlı mer işdən gedir” adlı müxtəlif adlı 4 yazı 20 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ölkənin Kənd Təsərrüfatı naziri Heydər Əsədovla “Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora nəzarət edə bilmir”, “Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var” başlıqlı 2 yazının 9 saytda və

“Elxan Məmmədovun pul ayırdığı saytlar “yoxa çıxıb”: Baş katib AFFA-nın milyonlarını göyə sovurur”, “Elxan Məmmədov Qurbanova altdan-altdan, baxa-baxa qaldı - VİDEO FAKT” , “Elxan Məmmədovun 2 milyonluq yeyintisinə niyə göz yumulur? – TƏHLİL” adlı 3 məqalənin  də eyni sayda elektron KİV-də yayılması ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi  Elxan  Məmmədov bölüşdürür. 

Adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-ci yeri isə “Təzə nazir Natiq Əliyevin kadrlarını “təmizləyir”: Daha kimlər gedir?” –adlı məqalənin  5 elektron KİV-də yayılması ilə Energetika naziri Pərviz Şahbazov tutur. 
  

Ötən həftənin “qəhrəman” deputatları – İKİ FƏZAİL VƏ ELXAN NƏSİROV
 
Həftə ərzində “İki Fəzail ilə damğa vurdu: 2017-nin səs-küylü deputatları kimlərdir? – Adlar”, “İki məhşur deputat söz savaşına çıxdı: “Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan?” – QARŞILIQLI İTTİHAMLAR, “İki adaş deputatın qarşıdurması pik həddə çatdı” adlı müxtəlif adlı, lakin eyni məzmunlu 3 yazının 3 saytda işıqlanması ilə deputat  Fəzail İbrahimli və Fəzail Ağamalı deputatlar arasında həftənin birincisi olmuşdur.

“Göyçaydan ŞOK MƏKTUB: "Elxan Nəsirov, siz axı söz vermişdiniz..." adlı məqalənin 1 elektron KİV-də yayımlanması ilə deputat Elman Nəsirov da adını həftənin siyahısına salmışdır.
 
Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 116 məlumat ümumilikdə 40 elektron KİV-də yayılmışdır. Onlardan 14-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 26 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:

Muxalifet.az