Hacı Vəliyev həbs olunub - YENİLƏNİB

Baxış sayı:
425

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü və 186.1-ci maddələri ilə ittiham irəli sürülüb.

***

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

APA xəbər verir ki, o, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı APA-ya təsdiqləyib.

APA-nın əldə etdiyi məlumata görə, Hacı Vəliyev əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.