​Gürcüstanda hərbçilər arasında toqquşma olub, 4 hərbçi yaralanıb

Baxış sayı:
3157

Gürcüstanın Kocori hərbi hisssində hərbçilər arasında baş vermiş qarşıdurma nəticəsində 4 nəfər yaralanıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Hərbi polisin istintaq idarəsi rəisinin müavini polkovnik İrakli Bazeraşvili bildirib.
Onun sözlərinə görə, hərbçilər arasında mübahisə sonradan davaya çevrilib: “Yaralılar hospitala yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə araşdırılır. Məhkəmə-tibbi ekspertiza təyin edilib”.