““Gürcü Arzusu” metastaz verib, dağılmaq üzrədir” – AZƏRBAYCANLI DEPUTAT

Baxış sayı:
5205

Muxalifet.az xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov son günlər Gürcüstanda keçirilən aksiyalarla bağlı “Hürriyyət”in sullarını cavablandırı. Azərbaycanlı deputat bildirib ki, artıq bu prosesi hec cür saxlamaq mümkün deyil: “Bu gün artıq “Gürcü Arzusu” Partiyası parlementdə azlığa çevrildi. Çünki 8 nəfər deputat dünən partiyadan çıxdı. Özü də elə insanlar çıxdı ki, onlar beynəlxalq komitələrin sədrlərdir, hüquqşünaslardır, komitə sədrliklərini təhvil verdilər. Bu gün isə “Konservator”Partiyasından 6 nəfər istefa verdi, hansı ki, “Gürcü Arzusu” partiyası ilə bir blokda idilər. Demək olar ki, artıq “Gürcü Arzusu” Partiyasına heç nəyin köməyi dəyməz, onları saxlamağa heç kimin qüvvəsi çata bilməz. Dünən qərar qəbul olundu. Mən də birləşmiş müxalifətin bir neçə görüşündə iştirak etdim. Gecə saat 1-ə kimi biz də aksiyada olduq. Tələbimiz qəbul olunmayana qədər oradan dağılmaq niyyətində deyilik. Demək olar ki, artıq Rustaveli küçəsi bağlandı. Bazar günü isə 100 minlik bir mitinq gözləyirik. Batumidə də ara qarışdı, orada da əhali ayağa qalxdı ki, hökumət istefa versin və növbədəkənar parlament seçkiləri keçirilsin. Mən deyərdim ki, qısa bir vaxtda, bu ayın sonuna qədər tələb yerinə yetirilməlidir və yerinə yetiriləcək. Çünki “Gürcü Arzusu”nun başqa bir yolu qalmadı. İvanişvili krimanal rejimi rədd olmalıdır və dövləti təhvil verməlidir. Çünki 8 il də verdiyi vədləri yerinə yetirə bilmədilər və Gürücüstanı kriminal bir dövlətə çevirdilər. Bu gün Gürcüstanın adı qalıb, özü qurtarıb. Gürcüstan dövlətçilik təhlükəsi altındadır. Ona görə də artıq tələblərimiz tam yerinə yetməsə, heç kim meydandan çəkilmək niyyətində deyil, sayımız da günü-gündən artacaq”. “Gecə-gündüz təyyarələri izləyirlər ki, birdən demək olmaz, Sakaaşvili “baqaj”da gələ bilər” “Proseslərin bu qızğın vaxtında Sakaaşvilinin Gürcüstana gəlişi gözlənilirmi” sualına A. Süleymanov belə cavab verdi: “Sakaaşvili heç bir vaxt Gürcüstanın bu siyasətindən geri çəkilməmişdi. Sakaşvilinin partiyası elə demək olar ki, ana müxlaifət partiyasıdır, onun partiyası ən güclü partiyadır. Bu gün iqtidar darmadağındır. Sakaaşvili hər bir zaman Gürücüstan əhalisi ilə bir yerdə olub və hər zaman Gürcüstan siyasətində olub. Çünki qurduğu bir dövlətdir. Başqa yerlərdə olmasına baxmayaraq, heç bir vaxt da geri durmaq niyyətində olmayıb. Bu gün “Gürcü Arzusu” hakimiyyətdədir. İvanişvili çox istərdi ki, onu həbs edə. Biz zamanından tez danışmaq istəmirik, onun Gürücüstana gəlməyi planımızda var, özü də dünən danışıb. O, qanuni bir yolla Gürcüstana gəlmək istəyir və o yolun axtarışındadır. Yəqin bir neçə günə o da fikrini açıqlayar. Nə vaxt gələ biləcəyini özü desə, daha yaxşı olar. Amma iki həftə əvvəl açıqlamışdı ki, Gürcütsana gələsiyəm. Ukraynada minlərlə Grücüstandan göndərilmiş adamlar onu izləyirlər, Gürcüstanın sərhədlərində də gecə-gündüz təyyarələri izləyirlər ki, birdən demək olmaz Sakaaşvili baqajda gələ bilər. Amma gez-tez gələcək. Çünki bu gün Gürcüstanın Sakaaşviliyə ehtiyacı var”. “Artıq insanlar da ayıldı ki, 5-10 dollar alıb, səslərini satmaqla, özlərinin gələcəyini satırlar” “Mətbuatdan məlum olduğu kimi, Bidzina İvanişvilinin pulları həmişə Gürcüstanda seçkilərin nəticələrinə təsir edib. Növbədəkənar seçki keçiriləcəyi halda, bu dəfə onun pulları seçkilərin nəticələrinə təsir edə biləcəkmi” sualını isə A. Süleymanov belə cavablandırdı: “Bəzi xəstəliklər var ki, pulla kömək dəyə bilir, amma bu rak xəstəliyi metastaz verəndə pulun də köməyi dəyimir. Dünən “Gürcü arzusu” Partiyası artıq metastaz verdi, dağılmaq üzrədir. İnsanlar səslərini 5 kq kartofa, 3 kq soğana dəyişirdi. Bu hökumət insanları dilənçi bir vəziyyətə çatdırıb. Artıq insanlar da ayıldı ki, 5-10 dollar alıb, səslərini satmaqla, özlərinin gələcəyini satırlar. Yəqin ki, insanlar ayıldı, bu işlərə getməzlər. Artıq deyə bilərəm ki, Gürcüstanın tarixində ən iyrənc, onu dağıdan bir partiya olaraq “Gürcü Arzusu” kağızda qalacaq”. “Parlamentin özündə böyük bir böhran yaşanır” A.Süleymanov qeyd etdi ki, dünən parlamentin sessiyası olmalıydı, amma olmadı: “Artıq Gürcüstanda siyasi böhrandır. Parlamentin özündə böyük bir böhran yaşanır. Bu gün “Gürcü Arzusu” Partiyasının liderləri darmadağın oldular. Bütün liderləri istefa verirlər. Parlamentdə komitə sədrləri istefa verdilər, hansı ki, “Gürcü Arzusu” Partiyası parlamentdə onların üzərində qurulmuşdu. Artıq parlamentdə xırda alverçilər qalıblar. Bir də bir neçə oliqarx qalıb. Onlar üçün də fərqi yoxdur, kim hakimiyyətə gəlir, gəlsin. Hansı hökumət, partiya gəlsə, tez papaqlarını dəyişib, o hökumətin qulu olurlar. 25-30 ildir gələn hökumətlə parlamentdədirlər, bu dövlətə də sərf edirdi. Amma artıq onların da yeri yoxdur, dövlətimizi yenidən bərpa etmək lazımdır”.