Gömrük keçidində şok üsul: siqaretləri belə gətirmək istədi - Foto
10-09-2018 11:08
Baxış sayı:
2818
Avtomobilin salonunda və vətəndaşın üzərində gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda olan gödəkçənin içərisindən və vətəndaşın üzərindən 2800 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.