Gəncədə ölənlərin sayı 7-yə çatdı, 30-dan çox ağır yaralı var - HİKMƏT HACIYEV AÇIQLADI

Baxış sayı:
1081

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, 30-dan çox dinc sakin ağır yaralıdır. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter-hesabında bildirib.

“Gecə yarısı Gəncə Ermənistan tərəfdən atəşə tutulub. 3 yaşayış binası dağılıb. Bu vaxta qədər qurbanların sayının 7-dən çox olduğu məlumdur, onlardan biri qadındır. 33 dinc sakin ağır yaralanıb, onların arasında azyaşlılar da var”,-Hikmət Hacıyev bildirib.

O, əlavə edib ki, Ermənistan humanitar xarakterli atəşkəs razılaşmasından fürsət kimi istifadə edərək Azərbaycanın dinc vətəndaşlarına hücum həyata keçirir.