Gəncədə FACİƏ: Bir ailənin 3 üzvünü maşın vurdu

Baxış sayı:
4360

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. 
Muxalifet.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.
Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi, digərlərinki isə normal qiymətləndirilir.
Qəzanı törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.