​Gecələr divarları yazardıq - Ərdoğan

Baxış sayı:
5686

Qarşıdakı günlərdə ilginc hadisələr baş verəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Gənclik konfransında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, CHP-dən 15 deputatın İYİ partiya keçməsi qeyri-demokratik addımdır:
“15-ni bir partiyaya göndərdi. İstər seçilsinlər, istər seçilməsinlər. Ağlaya-ağlaya onları göndərdi. Belə demokratiya olarmı? Biz keçmişdə siyasi mübarizəni peşəkarlıqla aparmışıq. Biz partiya himayəsi altında təşviqat aparmışıq. Bizim apardığımız təbliğat çox fərqli idi. Gecədən səhərə qədər küçələrdə plakatlar asardıq, divarları yazardıq. Anam eyvanda məni gözləyirdi, mən isə plakat asmaqdan gəlirdim”.