Futbol üzrə millimizin sabiq futbolçusu həbs edildi - FOTO

Baxış sayı:
4651

2007/2009-cu illərdə futbol üzrə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib. Muxalifet.az “sportinfo.az”a istinadən xəbər verir ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik. Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı.