Fərhad Əhmədovun Göyçaydakı villasında axtarışlar aprılır? – MİLYARDERİN SAXLANILDIĞI İDDİA EDİLİR…
18-11-2022 17:01
Baxış sayı:
3874

Azərbaycanın bir sıra KİV-ləri milyarder Fərhad Əhmədovun Göyçay rayonundakı villasında axtarışların aparılması ilə bağlı xəbər yayıb.
Azərbaycan hökumətindəki mənbələrdən Haqqın.az-a verilən məlumata görə, sadəcə, Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusən də Dövlət Təhlükəsizlik Xidmətinin Fərhad Əhmədova sualları var.
Bildirilir ki, milyarderin saxlanılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Qeyd edək ki, ABŞ hökuməti və Avropa İttifaqının Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda Fərhad Əhmədova qarşı sanksiyalar tətbiq edib.
Qafqaz.media