Fransanın baş naziri “Sarı Jiletlərlə” görüşdü

Baxış sayı:
4258

Fransanın baş naziri Eduard Filip yanacaq qiymətlərini artıran vergi dərəcələrinin azaldılması və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün mitinqlər keçirən “Sarı Jiletlilər”dən ibarət bir nümayəndə heyətini qəbul edib.
 
Filip bu gün ölkə daxilində keçiriləcək mitinqlər ərəfəsində “Sarı Jiletlilər”in bir qrup nümayəndəsini qəbul edərək müzakirələr aparıb.
Baş nazir ilə görüşən nümayəndə heyətində yer alan Jacline Mouraud çıxışda mətbuata verdiyi açıqlamada,  baş nazir Filiplə məsələ haqqındakı fikirlərini bölüşdüklərini bildirib.
Prezident Emmanuel Makrondan təxirəsalınmaz şəkildə məsələyə dair açıqlama verməsini və istəklərinə münasibət bildirməsini tələb etdiklərini deyən Mouraud, Makron rəhbərliyində mühiti yumşaldacaq addımların atılmasının lazım olduğunu ifadə edib.
Qeyd edək ki, “Sarı Jiletlilər”in ölkə daxilində bu gün keçirəcəkləri aksiyalarda 89 min polis təhlükəsizliyi təmin etmək üçün cəlb edilib. Təkcə Parisi 8 min polis ilə çoxlu sayda zirehli maşın qoruyacaq.
Müxalifət.az