Fransa İŞİD-çi vətəndaşlarını ölkəyə buraxmır, Mövlud Çavuşoğlu cavab olaraq...

Baxış sayı:
4657

ABŞ-ın paytaxtı Vaşinqtonda terror təşkilatı İŞİD-ə qarşı koalisiya ölkələrinin XİN nazirlərinin iştirak etdiyi iclasda İŞİD-çilərin gələcək taleyi barədə müzakirələr nəticəsiz qaldı. ABŞ Avropa ölkələri vətəndaşı olan İŞİD-çilərin geri qəbul edilməsini tələb etsə də, xeyli sada vətəndaşı İŞİD sıralarında olan Fransa bundan imtina edərək terrorçu vətəndaşlarının İraqda mühakimə olunmasını istədi. ABŞ dövlət katibi Mayk Pompeo Avropa ölkələrini ələ keçirilən İŞİD terroçusu olan vətəndaşlarını geri qəbul etməyi, İraq və Suriyadakı ərazilərin yenidən bəpa edilməsinə maliyyə yardımı etməyə çağırdı. Pompeo, xüsusilə infrastruktur layihələrinə yönəlmiş maliyyə yardımının milyonlarla qaçqının öz ölkələrinə qayıtması üçün çox vacib olduğunu vurğulayıb. Fransanın təklifi ilə baş tutan zirvədən sonra çıxış edən Fransa XİN naziri Jean-Yves Le Drian İŞİD-çilərin cinayət törətdikləri əraziyə yaxın olan bölgədə məhkəməyə çıxarılmasında təkid edərkən, bu insanların çoxunun İraq və Suriyada olduğunu diqqətə çatdırıb. ABŞ XİN terrorla mübarizə koordinatorluğu vəzifəsinin yerinə yetirən Nathan Sales isə bütün yükün İraqın çiyinlərinə qoyulmasının səhv olduğunu bildirib. Buna qarşılıq verən İraq Fransanın təklifinə sərt reaksiya verib. İclasda çıxış edən Türkiyə XİN naziri Mövlud Çavuşoğlu isə İŞİD terrorçularını geri qəbul etməyən ölkələrə müraciət edərək “Bölgəmiz boşaltma məntəqəsii deyil”, deyə öz mövqeyini bildirib. Muxalifet.az