Fransa Alp dağlarında Rusiyanın bazasını... - Alman nəşri “Deutsche Welle” -dən açıqlama

Baxış sayı:
16349

Fransanın Le Monde qəzeti yazdığına görə, Qərb xüsusi xidmət orqanları Rusiyanın Dövlət Kəşfiyyat İdarəsinin (DKİ) 15 zabitinin, Fransanın Alp dağlarını Avropadakı əməliyyatlar üçün baza olaraq istifadə etdiklərini bəyan etdi.
Muxalifet.az 
bu barədə "vzqlyad.ru"-ya istinadla xəbər verir.

Qərb mediyasına görə,DKİ-nin sifarişli qətllər, təxribat aktları və məlumat mübadiləsi üçün istifadə olunan “ölü poçt qutuları” idarə edilməsinə cavabdeh olan elit bölməsinin əməkdaşları Fransadakı Alp dağlarında yerləşirdilər. “Deutsche Welle” yazır ki, onlar 2014-cü ildən 2018-ci ilə qədər Fransanın cənub-şərqindəki kiçik şəhərlərini, o cümlədən Chamonix və Evian şəhərlərini dəfələrlə dayanacaq kimi istifadə ediblər.
Qeyd olunur ki, bu casuslardan biri "2018-ci ilin martında Skripallara sui-qəsd cəhdində iştirak edən casus ola bilər". Bundan əlavə, GRU agentlərinin Fransanın özündə deyil, Bolqarıstan, Moldova, Monteneqro və digər ölkələrdə işlədiyi iddia edilir.

Eyni zamanda nəşr yazır ki, Qərb xüsusi xidmət orqanları silah və ya digər sübutları müsadirə edə bilməyib.
Xatırladaq ki, 4 mart 2018-ci ildə Sergey Skripal və qızı Julia Britaniyanın Solsberi şəhərində zəhərlənmişdilər. London zəhərləmədə dərhal Rusiyanı günahlandırdı.
Daha sonra, 2019-cu ilin noyabrında İspaniyanın xarici işlər nazirliyindən "Rusiya xüsusi xidmət orqanlarının Kataloniyadakı hadisələrə təsir etməyə" cəhd etdiyi bəyan olundu. Eyni zamanda, mediada bolqar iş adamı Gebrevin zəhərlənməsi ilə bağlı yeni bir sensasiya yayıldı.
4 dekabr 2019-cu ildə Almaniya Xarici İşlər Nazirliyi, Gürcüstan vətəndaşının qətli ilə əlaqədar, Rusiyanın Berlindəki səfirliyinin iki işçisini persona non grata elan etdi. Eyni zamanda, qovulan diplomatların "DKİ”-dən olduğunu təsdiqlədi.
Muxalifet.az