Fələstin və Fransa arasında saziş!

Baxış sayı:
4450

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə Fransanın xarici işlər naziri Jean-Yves Le Drian iki ölkə arasında müxtəlif sahələrdə müqavilələr imzalayıb.
 
Fələstin Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, rəsmi təmasları çərçivəsində Fransanın paytaxtı Parisi ziyarət edən Maliki Fransız həmkarı Le Drian ilə bir araya gəldiyi bildirilib.
XİN rəhbərlərinin görüşdə təhsil, büdcə, yerli idarəetmə, mülki müdafiə, ətraf mühit, su, özəl sektorun inkişafı və kənd təsərrüfatı sahələrində sazişlər imzaladığı ifadə edilib.
Açıqlamaya görə, Le Drian ölkəsinin iki dövlətli həllə bağlı olduğunu bildirərək Qüdsün iki dövlətin də paytaxtı olduğu, tanınır və etibarlı sərhədlərdə yaşana  biləcək müüstəqil Fələstin dövlətinin qurumlarına da dəstək verməyə sadiq olduqlarını qeyd edib.
Müxalifət.az