Fələstin mübarizəsinin simvolu olan gənc vuruldu

Baxış sayı:
5158

İsrailin illərdir tətbiq etdiyi blokadanın qaldırılması üçün təşkil olunan etiraz aksiyaları zamanı, Anadolu Agentliyinin foto müxbiri tərəfindən çəkilən fotoşəkili dünya mediasının diqqət mərkəzində olan Fələstinli gənc Aid Əbu Amr (22), İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanıb.
 
Fələstinli nümayişçilər arasında yer alan Əbu Amr, İsrail əsgərlərinin həqiqi güllə istifadə etdiyi müdaxilə zamanı ayağından yaralanıb.
Qəzza blokadasını Qırmaq Milli Hərəkatı tərəfindən 29 maydan bu yana təşkil edilən etiraz aksiyasında yer alan Əbu Amr, daha əvvəl verdiyi açıqlamada, Qəzza sərhədində 30 martdan bu yana davam edən "Böyük Qayıdış Yürüşü" nümayişlərinə mütəmadi qatıldığını ifadə etmişdi.
“AA”-nın foto müxbiri Mustafa Hassonanın təxminən üç həftə əvvəl Qəzza Zolağındakı aksiyalar zamanı çəkdiyi fotoşəkil, Fransız rəssam Ejen Delacroixin Fransız İnqilabının simvolu olan "Xalqa Yol göstərən Azadlıq" portretinə bənzədilmiş, sosial media ilə yanaşı, dünya mətbuatında böyük maraqla qarşılanmışdı.
Bir əlində Fələstin bayrağı, digərində sapand tutan Əbu Əmrin yer aldığı və ətrafdan qalxan qara tüstülərin ön plana çıxdığı bu fotoşəkil kadrının, Fələstin müqavimətinin simvollarından biri olacağı ifadə edilmişdi.
Dünya şöhrətli "Xalqa Yol Göstərən Azadlıq" tablosunda da azadlığı simvollaşdıran qadının bir əlində Fransız bayrağı, digər əlində isə süngü taxılmış bir tüfəng gözə çarpır.
Müxalifət.az