Fizika üzrə Nobel mükafatçıları məlum oldu - FOTO

Baxış sayı:
7513

2019-cu il Fizika üzrə Nobel mükafatının qalibləri bəlli olub. Mükafat Ceyms Pibl (James Peebles), Mişel Mayor və Didie Kueloza (Didier Queloz) verilib. Ceyms Pibl (Kanada-ABŞ) Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor (İsveçrə) və Didier Queloz (İsveçrə) isə Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.

Virtualaz.org bildirir ki, bu barədə Nobel Komitəsinin Stokholmdakı nümayəndəsi açıqlama verib.

Keçən il "lazer fizikası sahəsində inqilabi kəşflərə" görə Artur Aşkin (ABŞ), Gerard Mourou (Fransa) və Donna Strickland (Kanada) mükafatlandırılıb.

 

BREAKING NEWS:
The 2019 in Physics has been awarded with one half to James Peebles “for theoretical discoveries in physical cosmology” and the other half jointly to Michel Mayor and Didier Queloz “for the discovery of an exoplanet orbiting a solar-type star.”

Посмотреть изображение в Твиттере
 
 

Oktyabrın 7-də Nobel həftəsi ənənəvi olaraq tibb və fiziologiya üzrə mükafatçıların elan edilməsi ilə açılıb. Mükafat Villiam Kelin, Peter Retkliff və Gregg Semenz tərəfindən hüceyrələrin oksigen çatışmazlığına uyğunlaşması ilə bağlı araşdırmalara görə verildib.

Mükafatlandırma mərasimi dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək.