​FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı

Baxış sayı:
2020

Fövqəladə Hallar Nazirliyi dünən Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, açıqlamada Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verdiyi bildirilir.
Həmin mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.