Fatimədən SƏRT SÖZLƏR: "Heç kimin ailəsini dağıtmamışam"

Baxış sayı:
7339

Rəqqasənin əri olmur? Kiminsə ailəsini dağıtmalıdır ki, ailəsi olsun?
Muxalifet.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi rəqqasələrin ünvanına deyilən tənqidlərə sərt cavab verib:
"41 yaşım var, heç kim deyə bilməz ki, indiyənə kimi mənə bir çöp verib. Hər şeyi öz gücümə etmişəm. 11 ildir ailəliyəm, heç kimin ailəsini dağıtmamışam. Eşitmişəm belə söz deyilib. 
Rəqqasələri qınayıblar. Rəqqasə özünü çöldə qoyub? Elə rəqqasələr tanıyıram ki, onların qarşısında baş əyirəm. 
Danmıram, elələri var ki, adamın adını batırırlar. Amma hamını bir tutmasınlar".