“Everton” Cenk Tosunu Qətər klubuna göndərir

Baxış sayı:
12865

“Everton” türk futbolçusu Cenk Tosunu göndərmək qərarına gəlib. Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçunun gözlənilən oyunu göstərməməsi olub. Bu mövsüm Premyer Liqada yalnız bir oyunda meydana çıxan 28 yaşlı hücumçu cəmi 35 dəqiqə meydanda qalıb və fərqlənə bilməyib. Xəbərdə bildirilir ki, “Everton” mövsümün sonunda Türkiyə millisinin üzvünü Qətərin “Əl-Qarafa” klubuna satacaq. Qeyd edək ki, C. Tosun 2018-ci ildə 22 milyon avroya “Beşiktaş”dan İngiltərə klubuna keçmişdi.