​Evdən 700 manat və 5000 manat dəyərində qızıl oğurlandı – BAKIDA

Bakıda evdən oğurluq edən şəxs tutulub.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Belə ki, oktyabrın 31-nə keçən gecə Xətai rayonu ərazisindəki evlərin birindən 700 manat və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Marat Yusubov 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.