"Etirazçılara qarşı silahlı tədbir görüləcək" – MOLLA REJİMİ XALQI TƏHDİ ETDİ
26-09-2022 15:15
Baxış sayı:
3355

İran hökuməti etiraza qalxan narazı xalqı təhdid edib.
Muxalifet.az yerli KİV-lərə istinadən xəbər verir ki, sentyabrın 26-da eitrazlara münasibət bildirən İran Xarici İşlər Nazirliyi ölkənin etirazlarla mübarizə üçün "silahlı repressiyaya" əl atacağı ilə bağlı hədə-qorxu dolu video yayımlayıb.
Qeyd edək ki, bundan öncə İranın Ədliyyə-Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Möhsüni Ejeyi məsələyə münasibət bildirmişdi.
O, sentyabrn 22-də İranda davam edən kütləvi etirazları “narahatlıq və xaos” adlandırmış, ölkənin baş prokuroru və hakimlərindən etirazçılarla qarşı qəti tədbir görməyi tələb etmişdi.