Etirazçılar Paşinyanın kabinetinə girdilər - PARLAMENTİN SPİKERİ DÖYÜLDÜ / YENİLƏNİB

Baxış sayı:
1740

Ermənistanda etirazçılar arasında çaxnaşma başlayıb.
“SputnikArmenia”nın verdiyi xəbərə görə, parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb.
Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edir.

Onlar Baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edirlər. 

***
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bəyanatından sonra İrəvanda etirazçılar hökumət binasına giriblər. 

“SputnikArmenia”nın verdiyi xəbərə görə, binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər.

Etirazçıların Baş nazirin kabinetə girdiyi deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər./apa