​Ermənistanın mədəniyyət naziri istefa verib – Müxalifətə qoşuldu

Baxış sayı:
5715

Ermənistanın mədəniyyət naziri vəzifəsini icra edən Armen Əmiryan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
 
Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir. “Bir neçə dəqiqə əvvəl o, Nazirliyin önündə dayanan nümayişçilərin qarşısına çıxaraq nazir vəzifəsindən istefa verdiyini açıqlayıb”, – A.Əmiryanın sözçüsü Ruzan Xaçatryan bildirib.
Qeyd edək ki, bu gün Ermənistanda kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə etirazçılar Yerevanın mərkəzi küçələrini, İran-Ermənistan sərhədinə qədər magistral yolları bağlayıb, dəmir yolları və paytaxt metropoliteninin işini çətinləşdiriblər.