​Ermənistanın keçmiş rəhbəri əməliyyat olundu – KOÇARYANIN ƏMƏLİYYAT SƏBƏBİ GİZLİ SAXLANILIR

Baxış sayı:
12606

Ermənistanın keçmiş rəhbəri Robert Koçaryan əməliyyat olunub. Sabiq prezidentin ofisinin baçısı Viktor Soqomanyanın RİA Novosti-yə verdiyi məlumata görə, R.Koçaryan çərşənbə günü İrəvanda "İzmirlyan" tibb mərkəzində əməliyyata alınıb.
Muxalifet.az saytı  tert.am  saytına istinadən xəbər verir ki, Koçaryan son doqquz gün ərzinə bu tibb mərkəzində üç dəfə müayinə olunub.
Soqomonyan eks-prezidentin səhhətində hansı problemlərin olduğunu və cərrahiyyə əməliyatının səbəbini açıqlamayıb.
Xatırladaq ki, Koçaryan dövlətin konstitusiya quruluşunu devirmək cəhdində və 2008-ci ilin 1 mayında etiraz aksiyasının dağıdılmasında ittiham olunur.

Muxalifet.az