​Ermənistanda metro işçiləri MÜXALİFƏTƏ QOŞULDU

Baxış sayı:
5506

Ermənistanda Metropoliten əməkdaşları müxalifətin kütləvi aksiyasına qoşulublar. APA-nın məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb. Bildirilir ki, Karen Dəmirçyan adına Yerevan metropoliteninin əməkdaşları tətil elan ediblər. Yerevan metrosunun bütün stansiyaları bağlanıb. Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.