​Ermənistanda 3 nəfər MİNAYA DÜŞDÜ

Baxış sayı:
2557

Ermənistanın Tavuş vilayətində 3 nəfər minaya düşüb.
“Shamshyan.com” saytı xəbər verir ki, hadisə dünən günorta saatlarında Ayqepar kəndində baş verib.
Kəndin üç sakini göyərti yığarkən təsadüfən minaya düşüblər. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. (apa)