Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Azərbaycana gəldi
7-04-2019 09:44
Baxış sayı:
2365
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan aprelin 6-da işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Vanesyan Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb.
“Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığa aid məsələlər müzakirə edilib”, - xəbərdə deyilir.